Operativ Qərargah məhdudiyyətlərin ləğvini müzakirə edir

14:03 21.04.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda karantin rejimi ilə bağlı hazırda qüvvədə olan məhdudiyyətlərin ləğvinə dair təkliflər Nazirlər Kabineti yanında Operativ Qərargaha göndərilib.

 

Hafta.az-ın məlumatına görə, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri vəzifəsini icra edən Vüqar Qurbanov jurnalistlərə açıqlamasında bildirib.

 

Onun sözlərinə görə, son nəticələr yaxın müddətdə açıqlanacaq.